16:48 - 30.09.2021
30 sentyabr, Fineko/abc.az. Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada verilən təminatlara dəyişiklik edilir.
ABC.AZ xəbər verir ki, bu məsələ “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, mənzil, kommunal xidmətlərindən, telefon (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqının ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada məbləğdə verilən müavinət Azərbaycan Prezidentinin təqaüdü ilə əvəzlənir.
14 Avqust 2026