11:12 - 28.09.2021
28 sentyabr, Fineko/abc.az. Avropada qazın qiyməti yenidən bahalaşmaqdadır.
ABC.AZ-ın məlumatına görə, bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti yenidən 1 000 ABŞ dolları ötüb.
28 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti 1 030 dollara yaxınlaşıb.
Hərracların açıldığı vaxt bu göstərici 992 dollara yaxın idi.
18 Avqust 2026