Ərzaq məhsullarının dövriyyəsi artıb, qeyri-ərzaq isə azalıb – Hesabat

11:28 - 11.01.2021


11 yanvar, Fineko/abc.az. Ötən ilin yanvar-noyabr aylarında Bakı şəhəri üzrə ticarət dövriyyənin həcmi də azalıb.

ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,4% azalaraq 19 202,8 mln. manat olub.

Sözügedən dövrdə ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artaraq 9752,9 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,9% azalaraq 9 449,9 mln. manata bərabər olub.