11:25 - 29.12.2020
29 dekabr, Fineko/abc.az. Azərbaycan və Rusiya pomidorun alışı-satışında razılığa gələ bilib.
ABC.AZ-ın məlumatına görə, razılığa əsasən Azərbaycandan pomidor tədarükü Rusiyanın Gömrük Xidməti ilə əməkdaşlıqda “Rosselxoznadzor”un nəzarəti altında müəyyən nəzarət məntəqələri vasitəsilə həyata keçiriləcək.
Məhsul partiyaları Rusiya qurumunun laboratoriyalarında karantin obyektləri üçün nəzərdə tutulan sınaqlardan keçiriləcək.