11:16 - 5.03.2020
5 mart, Fineko/abc.az. Gürcüstanın Azərbaycanda fəaliyyət göstərən TBC Kredit təşkilatı banka çevrilmək istəyir.
Bunu ABC.AZ-a açıqlamasında bank sektoru üzrə ekspert Əkrəm Həsənov deyib.
O qeyd edib ki, TBC Kredit ciddi təşkilatdır və hətta bizim bəzi banklarımızdan da uğurlu fəaliyyət göstərir. Ə.Həsənov qeyd edib ki, bu Azərbaycanda yeni bankın açılışı yox, sadəcə kredit təşkilatının banka çevrilməsi olacaq. Ekspert bildirib ki, artıq Azərbaycanda belə bir təcrübə olub: “Xatırlayırsınızsa bundan əvvəl Para Bank var idi, sonra çevrilib bank olmayan kredit təşkilatı oldu. İndi də TBC Kredit təşkilatı ola bilsin ki bank olsun. Amma bu bazarda ciddi dəyişiklik yaratmayacaq. Çünki bu təşkilat onsuzda var və onsuzda krdit fəaliyyəti göstərir. Sadəcə əmanət götürə bilmir və nağdsiz hesablaşmalar apara bilmir. Banka çevrildikdən sonra isə dediyim əməliyatları da apara biləcək”.
Müəllif: Elmir Murad
25 Avqust 2026