AMB valyuta hərracı keçirib

12:53 - 7.11.2019


7 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 7 noyabr tarixində növbəti valyuta hərracı keçirilib.

“Valyuta hərracı nəticəsində ortaçəkili məzənnə 1,70 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən  məlumatda belə deyilir.

Daha əvvəlki, noyabrın 5-də keçirilmiş valyuta hərracında ortaçəkili məzənnənin səviyyəsi həmçinin  1,70 AZN/1 USD təşkil etmişdir.