17:22 - 18.10.2019
18 oktyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il üçün büdcəsinin gəlirləri 12 milyard 384,1 milyon manat nəzərdə tutulur.
Bu barədə gələn ilin dövlət və icmal büdcələri üzrə layihələrə istinadən xəbər verilir.
ARDNF-in 2020-ci il üçün büdcəsinin xərcləri 11 milyard 560 milyon manat təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 4,3 milyon manat azdır.
ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddi 11 milyard 350 milyon manat səviyyəsində nəzərdə tutulur ki, bu da 2019-cu illə müqayisədə 14,3 milyon manat və ya 0,1 faiz azdır.
© Azertag.az
18 Avqust 2026