12:10 - 18.10.2019
18 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.
AMB məlumatında deyilir ki, oktyabrın 21-də keçiriləcək depozit hərracında Bank 100 milyon manat cəlb etməyi planlaşdırır.
Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək. Cəlb olunan vəsaitlər üzrə faiz dəhlizi 6,26% -7,99% müəyyən edilmişdir.
AMB hərracları 2016-cı ilin iyun ayından etibarən keçirilir.
18 Avqust 2026