16:55 - 15.10.2019
15 oktyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfelinin 2017/2018-ci illər üzrə dinamikası renkinqi məlum olub.
ABC.AZ xəbər verir ki, 2017-ci ilə nisbətən 2018-ci ildə kredit portfelində faizlə ən çox azalma REGİONAL BOKT-da qeydə alınıb.
Adıçəkilən BOKT-da nə az, nə çox 10 dəfə azalma müşahidə olunub. REGİONAL BOKT-dan sonra azalmaya görə, ikinci TFC gəlir. Adıçəkilən BOKT 2017-ci illə müqayisədə 2018-ci ildə 7 dəfə azalmaya məruz qalıb. Uzun zaman Azərbaycanın maliyyə bazarının ən uğurlu kredit təşkilatlarından olan “Finca Azerbaijan” da kredit portfeli azalanlar sırasındadır. Adıçəkilən BOKT-un kredit portfeli 3,4 dəfə azalaraq kiçilib. “Viza Kredit”-in də kredit portfeli də 2 dəfə azalıb. “Bank Credit”, “İnkişaf üçün Maliyyə”, “TBC kredit”, “Falcon Finance”, Parabokt, Qafqaz Kredit, Kred Aqro və “Azərbaycan Mikro Kredit”-in də kredit portfeli kiçilərək azalıb.
Qeyd edək ki, hazırda Azərbaycanda 45 BOKT fəaliyyət göstərir.
Müəllif: Elmir Murad
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026