10:23 - 10.10.2019
10 oktyabr, Fineko/abc.az. “Ziraat Bank Azərbaycan” ASC-nin faiz gəlirləri bu ilin 9 ayında 13 milyon 18 min manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə bankın yanvar-sentyabr aylarına olan maliyyə hesabatında qeyd olunub.
Hesabata əsasən ötən ilin analoji dövründə bu rəqəm 9 milyon 596 min manat olmuşdu. Bankın açıqladığı göstəricilərə əsasən, qeyri-faiz gəlirləri isə 3 milyon 468 min manatdan 2 milyon 761 min manata düşüb. Xərclərə gəlincə bu sahədə də artım var. Belə ki, “Ziraat Bank Azərbaycan” ASC-nin faiz xərcləri ötən ilin 9 ayında 3 milyon 170 min manat ikən bu eyni dövründə 3 milyon 530 min manat təşkil edib. Qeyri - faiz xərcləri isə 5 milyon 535 min manatdan 5 milyon 968 min manata yüksəlib.
Müəllif: Elmir Murad
18 Avqust 2026