15:51 - 9.10.2019
9 oktyabr, Fineko/abc.az. “Ziraat Bank Azərbaycan” qiymətli kağızlara investisiyanı çoxaldıb.
ABC.AZ xəbər verir ki, bu barədə bankın yanvar-sentyabr aylarına olan maliyyə hesabatında qeyd olunub.
Hesabata əsasən, bank sözügedən dövrdə aktivlərindən qiymətli kağızlara 9 mln 90 min manat investisiya yatırıb. Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 2.25 dəfə çoxdur. Belə ki, 2018-ci ilin 9 ayında bankın qiymətli kağızlara qoyduğu investisiyanın məbləği 4 mln 37 min manat olub.
Qeyd edək ki, bu ilin 9 ayında bankına ktivləri 227 mln 811 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,73% çoxdur.
Müəllif: Elmir Murad
18 Avqust 2026