16:34 - 7.10.2019
7 oktyabr, Fineko/abc.az. Bir müdddət əvvəl prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzaladığı fərmanın banklar tərəfindən icrası ilə maraqlanmaq üçün bir sıra banklara sorğu göndərdik.
ABC.AZ-ın “Problemli kreditlər çərçivəsində müştərilərə nə qədər məbləğdə vəsait ödənilib?” sualına “Bank of Baku”-dan bildirdilər ki, sözügedən bank tərəfindən problemli kreditlərin həlli istiqamətində icra olunmuş layihə çərçivəsində müştərilərinə 53 mln. manatdan çox vəsait ödənilib. Bankdan onu da bildirdilər ki, sözügedən fərman həm insanların maddi rifahının yaxşılaşdırılmasında, həm də bank sektorunun sağlamlaşdırılmasında çox mühüm fayda verdi.
Müəllif: Elmir Murad
18 Avqust 2026