AMB depozit hərracında 100 milyon manat cəlb etdi

12:31 - 7.10.2019


 

AMB-dan verilən məlumata əsasən, 7 oktyabr tarixində hərracda Mərkəzi Bank 100 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  583,6 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir. Vəsaitlər 14 gün müddətinə cəlb edilib”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.