12:30 - 4.10.2019
4 oktyabr, Fineko/abc.az. Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda kənd təsərrüfatı sahəsində risklərin idarə edilməsi üzrə "Clara" adlı yeni platforma təqdim edir.
ABC.Az xəbər verir ki, bunu "Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf" mövzusuna həsr olunmuş 6-cı İnvestorlar Yarmarkasında Beynəlxalq Maliyyə Korporasiyasının Baş mütəxəssisi Leyla Hüseynli deyib. O qeyd edib ki, "Clara" aləti kənd təsərrüfatı sahəsində riskləri idarəetmək üçün yaradılıb:
"Clara"nın daxilində 40 məhsul var. Hər bir məhsul kənd təsərrüfatı sahəsində Azərbaycan reallığına uyğun risklərin idarə edilməsi mexanizmini təqdim edir".
Müəllif: Elmir Murad
18 Avqust 2026