16:05 - 25.09.2019
25 sentyabr, Fineko/abc.az. Bu gün Bakı Fond Birjasında Mərkəzi Bankının (AMB) 50102376S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə ABC.AZ saytına BFB-dən məlumat verilib.
Qeyd olunur ki, hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 26 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 521,021,200.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100,000,000.00 AZN təşkil etmişdir. Notların ödəmə tarixi 24.10.2019
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026