15:18 - 23.09.2019
23 sentyabr, Fineko/abc.az. 2017-ci ilin yayında dövlət Beynəlxalq Banka 5 milyard manatdan çox vəsaiti hədiyyə etdi, bunu etməsəydi yəqinki bank sistemimiz çökəcəkdi.
Bunu ABC.AZ saytına Azərbaycanın bank sektorunun vəziyyətini qiymətləndirərkən ekspert Əkrəm Həsənov bildirib.
Ümumiyyətlə son il yarımı, 2 ili bank sektorunun durğunluq dövrü kimi qiymətləndirən Ə. Həsənov hesab edir ki, sözügedən sahədə heç bir inkişaf yoxdur. 2017-ci ildə Beynəlxalq Banka 5 milyard manatın adıçəkilən bankın yenidən inkişafı üçün verildiyini deyən ekspertin sözlərinə görə, buna baxmayaraq, həmin dövrdən bank zərərlə işləyir: “Beynəlxalq Bank ona verilən 5 milyard manatı da itirə-itirə gəlir. Adıçəkilən bankın ötən il mənfəəti heç 500 min manat da olmayıb. Hətta banklar zərərlərin xeyli hissəsini də gizlədirlər. Maliyyə hesabatlarını təhrif olmuş məlumatlarla verirlər. Problemli kreditlər də əslində azalmır. Ona görə azalmır ki, problemli kreditlərin əksəriyyəti süni şəkildə yaradılıb. Bu pullar bank sahiblərinin şirkətlərinə, yaxınlarına rüşvət müqabilində verdiyi kreditlərdir. Ona görə də geri qayıtmır”.
Müəllif: Elmir Murad
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026