14:50 - 20.09.2019
20 sentyabr, Fineko/abc.az. Bakıda tanınmış şiriniyyatlar mağazası şəbəkəsi məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrilib.
Abc.az xəbər verir ki, bu barədə “Vergilər” qəzetində elan yerləşdirilib. Elanda qeyd olunur ki, AZZA mağazalar şəbəkəsi təşkilati-hüquqi formasını dəyişib və bundan sonra fəaliyyətini MMC kimi davam etdirəcək.
Müəllif: Elmir Murad