Maliyyə Monitorinqi Xidmətinin yeni rəhbəri təyin edilib

17:34 - 5.09.2019


5 sentyabr, Fineko/abc.az. Azərbaycanın Maliyyə Monitorinqi Xidmətinin yeni rəhbəri Rövşən Nəcəf təyin edilib.

Rövşən Nəcəfin təyin edilməsi haqqında müvafiq sərəncam prezident İlham Əliyev tərəfindən avqustun 28-də imzalanıb.

Daha öncə Rövşən Nəcəf Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət şöbəsində rəhbər, 2018-ci ilin oktyabr ayına qədər isə “Azərbaycan İnvestisiya Şirkəti”nin icraçı direktoru vəzifəsinə çalışıb.

Azərbaycan Prezidentinin 30 may 2019-cu il tarixli Sərəncamına əsasən Maliyyə Monitorinqi Xidməti (MMX) Azərbaycan Vergilər Nazirliyi yanında fəaliyyət göstərəcək.