12:15 - 5.09.2019
5 sentyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən iki şirkət birləşdiyini elan edib. Abc.az xəbər verir ki, bu barədə “Vergilər” qəzetində elan yerlədirilib.
Belə ki, "Enga Mart" MMC fəaliyyətinə xitam verilərək “ŞƏMKİR AQROPARK” MMC (VÖEN: 8501038741) qoşulduğunu elan edib. Bununla da “ŞƏMKİR AQROPARK” MMC “ENGA MART” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini bildirib.
Qeyd edək ki, 4 milyon 930 min 938 manat nizamnamə kapitalına malik olan "ENGA MART" 2014-cü ildə yaradılmışdı. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm ev 9-dur.
14 milyon 501 min 820.87 manat nizamnamə kapitalına malik olan “ŞƏMKİR AQROPARK” MMC də 2014-cü ildə yaradılıb. Bu şirkətin hüquqi ünvanı Şəmkir şəhəri, Heydər Əliyev prospekti, ev 17-dir.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026