10:15 - 23.08.2019
23 avqust, Fineko/abc.az. Azərbaycanın Azeri Light markalı nefti $0,94 (1,47%) ucuzlaşaraq bir barelə $63,12 təşkil edib.
Cümə günü ticarət zamanı neftin etalon markalarının qiyməti, demək olar ki, dəyişmir və artıq ikinci həftəni artımla başa vurmağa hazırlaşır. Həftənin əvvəlindən Brent və WTI markaları təxminən 1% bahalaşıb.
Avqustun 22-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi $0,38 (0,63%) ucuzlaşaraq bir barelə $59,92 təşkil etmişdir. Çərşənbə günü “Brent”in qiyməti saat 9:20-də $0,06 (0,1%) artaraq $59,98 /barelə təşkil edib.
NYMEX birjasında avqustun 22-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $0,33 (0,59%) enərək $55,35 təşkil etmişdir. WTI markalı neftin qiyməti çərşənbə günü saat 9:20-də dəyişməyib və $55,35 / barelə təşkil etmişdir.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026