15:43 - 15.08.2019
15 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.
AMB-in məlumatına görə, avqustun 19-da keçiriləcək depozit hərracında bank 150 milyon manat məbləğində vəsaitin cəlb edilməsini planlaşdırır.
Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək. Cəlb edilən vəsaitlər üzrə faiz dəhlizi 6,26% - 8,24% səviyyəsində müəyyən edilib.
AMB hərracları 2016-cı ilin iyun ayından etibarən keçirilir.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026