AccessBank-ın əmanət portfeli 615 milyon manatı ötüb

12:01 - 8.08.2019


8 avqust, Fineko/abc.az. 2019-cu ildə AccessBank əmanətlərin cəlb edilməsində rekord nəticələr əldə edib.

Bunu bankın Korporativ bankçılıq və Marketinq üzrə icraçı direktoru Günay Cəlilova müsahibəsində bildirib.

O qeyd edib ki, bu ilin ilk yarısında bankım əmanət portfeli 615 milyon manatı ötüb:"Bu ötən ilin analoji dövrü ilə müqayisədə 114 milyon manatlıq artımdan xəbər verir. Yeri gəlmişkən, bankın tarixində ilk dəfə olaraq portfelimiz bu səviyyəyə yüksəlib".