11:02 - 30.07.2019
30 iyul, Fineko/abc.az. 30 İyun 2019-cu il tarixində “Yapı Kredi Bank Azərbaycan” 408 milyon 917 min manat cəmi aktivlərə malik olub.
Bu barədə məlumat Bankın 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) əhatə edən dövr üçün açıqladığı maliyyə göstəricilərində qeyd olunub.
Hesabata əsasən aktivlərin 167 milyon 844 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 30 İyun 2018-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” 406 milyon 825 min manat cəmi aktivlərə, o cümlədən 161 milyon 262 min manat kredit portfelinə malik idi. 31 Mart 2019-cu il tarixində isə müştərilərə verilən kreditlər 163 milyon 81 min manat təşkil etmişdi.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026