10:18 - 30.07.2019
30 İyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Yapı Kredi Bank Azərbaycan” QSC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) əhatə edən dövr üçün maliyyə göstəricilərini açıqlayıb.
Göstəricilərə əsasən Bankın cəmi gəlirlərin 6,9% azalması ilə yanaşı cəmi xərclər də 10,8% azalıb. Ötən ilin ilk 6 ayında 17 milyon 783 min manat təşkil etmiş cəmi xərclər bu ilin eyni dövründə 15 milyon 864 min manata düşüb. “Yapı Kredi Bank Azərbaycan”ın həm faiz, həm də qeyri-faiz xərcləri azalıb.
Bankın əməliyyat mənfəətinə gəlincə isə ilk 6 ayın yekununda “Yapı Kredi Bank Azərbaycan”ın əməliyyat mənfəəti 7 milyon 798 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu məbləğ 7 milyon 637 min manat idi. Əməliyyat mənfətinin artması faiz və qeyri-faiz xərclərinin azalmasından qaynaqlanıb.
18 Avqust 2026