“Yapı Kredi Bank Azərbaycan” maliyyə göstəricilərini açıqlayıb

09:58 - 30.07.2019


30 İyul, Fineko/abc.az. “Yapı Kredi Bank Azərbaycan” QSC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) əhatə edən dövr üçün maliyyə göstəricilərini açıqlayıb.

Hesabata əsasən bank sözügedən dövrü 3 milyon 384 min manat xalis mənfəətlə başa vurub. Bu 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Belə ki, “Yapı Kredi Bank Azərbaycan”  2018-ci ilin 1-ci yarısını 1 milyon 401 min manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin artmasına xərclərin və ehtiyatın yaradılmasına ayırmanın kəskin azalması səbəb olub.

Qeyd edək ki, 2019-cu ilin ilk 6 ayı ərzində “Yapı Kredi Bank Azərbaycan”nın cəmi gəlirləri 23 milyon 662 min manat təşkil edib. Ötən ilin eyni dövründə Bank 25 milyon 419 min manat cəmi gəlir əldə etmişdi. Cəmi gəlirlərin 6,9% azalması qeyri-faiz gəlirlərinin 15,8% azalması ilə bağlıdır. Bankın faiz gəlirləri 2,5% artıb.