Xalq Banka qoyulan depozitlər artıb

15:06 - 29.07.2019


29 iyul, Fineko/abc.az. Müştərilər tərəfindən  Xalq Banka yerləşdirilən depozitlərin həcmi cari ilin altı ayı ərzində 10.35% artaraq 1 milyard 389 milyon 810 min manata çatıb.

Bu barədə Bankın açıqladığı hesabatda qeyd olunub.

Hesabata əsasən, Bank 1-ci yarım yarımilliyi 15 milyon 660 min manat xalis mənfəətlə başa vurub, bu göstərici üzrə Xalq Bank ötən ilin anoloji dövrü ilə müqayisədə 27.16% artıma nail olub.

Bankın yaydığı hesabatda vurğulanır ki, cari ilin birinci yarımillikdə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri Xalq Bankın ölkənin maliyyə sektorunun lider banklardan biri olduğunu təsdiqləyir və bankın mövqeyini daha da möhkəmləndirib.