Xalq Bank Mərkəzi Banka olan borcunu tam qaytarıb

14:49 - 29.07.2019


29 iyul, Fineko/abc.az. Xalq Bank 2019-cu ilin 2-ci rübündə Mərkəzi Banka olan 24 milyon 92 min manat olan borcunu tam qaytarıb.

Bu barədə məlumat Bankın rüblük hesabatında qeyd olunub.

Hesabata əsasən 30 İyun 2019-cu il tarixində Mərkəzi Bankın banka qarşı tələbləri sıfır manat təşkil edib. 31 Mart 2019-cu il tarixində Mərkəzi Bankın banka qarşı tələbləri 24 milyon 92 min manat idi.

Xalq Bank 2 milyard manatdan çox cəmi aktivləri ilə Azərbaycanın ən böyük banklarından biridir.