“AGBank”ın depozit portfeli artıb

11:57 - 29.07.2019


29 iyul, Fineko/abc.az “AGBank”-a depozit yatırımları çoxalıb.

Bu barədə bankın bu ilin 1-ci yarısına olan maliyyə hesabatında qeyd olunur.

Hesabata əsasən, bu ilin ilk 6 ayı ərzində bankın depozit portfeli  222 mln 833 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur.

Adıçəkilən bankda fiziki şəxslərin tələbli depozitlərinin cəmi  92 mln 154 min manat olub. Hüquqi şəxslərin tələbli depozitlərinin cəmi isə 71 mln 459 min manat təşkil edib. Bununla yanaşı hesabat dövründə bankın öhdəlikləri 5,4% azalaraq 420 mln 369 min manat olub.