“Azər-Türk Bank”-ın xalis mənfəəti artıb

14:33 - 26.07.2019


26 iyul, Fineko/abc.az. “Azər-Türk Bank” ASC 2019-cu ilin 1-ci yarısı (yanvar-iyun dövrünü) üçün maliyyə hesabatını açıqlayıb.

Hesabata əsasən, bank sözügedən dövrü 774 min manat xalis mənfəətlə başa vurub.

Cəmi gəlirlərə gəlincə 2019-cu ilin yanvar-iyun dövründə “Azər-Türk Bank”ın  15 milyon 710 min manat (10 milyon 764 min manatı faiz, 4 milyon 792 min manatı qeyri-faiz gəlirləri və 154 min manatı ehtiyatdan qayıtma) cəmi gəlirləri olub. Bankın cəmi xərcləri isə 14 milyon 936 min manat təşkil edib. Nəticədə Bank ilk 6 ayı 774 min manat xalis mənfəətlə bağlayıb.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun dövründə “Azər-Türk Bank”ın cəmi gəlirləri 14 milyon 233 min manat (8 milyon 112 min manatı faiz, 5 milyon 444 min manatı qeyri-faiz gəlirləri, 1 milyon 14 min manatı ehtiyatdan qayıtma və 53 min manat digər gəlirlər), cəmi xərcləri isə 13 milyon 880 min amant təşkil etmişdi. Nəticədə Bankın 353 min manat mənfəəti qalmışdı.