Qızıl bahalaşdı, gümüşün qiyməti isə stabil qaldı

09:44 - 26.07.2019


26 iyul, Fineko/abc.az. Dünya birjlarında satılan qızıl və gümüşün qiyməti açıqlanıb.

Belə ki, hərraclarda qızılın unsiyasının qiyməti 0,90 dollar bahalaşaraq 1 428,40 dollara yüksəlib.

Gümüşün unsiyasının qiyməti isə dəyişməyərək 16,42 dollar qalıb.