Oyunun yeni qaydaları: Visa Tokio Olimpiya Oyunlarının başlamasından bir il əvvəl «Nağdsız Yaponiya” təşəbbüsünə qoşulur

16:03 - 25.07.2019


25 iyul, Fineko/abc.az. 2020-ci ildə Tokioda keçiriləcək olimpiadaya hazırlıq məqsədilə "Ödəniş xidmətləri" kateqoriyasında Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan Visa, Yaponiya azarkeşləri, idmançıları və sakinlərinin istifadə edə biləcəyi innovativ ödəniş həllərinin hazırlanmasına başlayıb. Yeni texnologiyaların tətbiqi “Nağdsız Yaponiya” Dövlət təşəbbüsünə dəstək olacaq, bu təşəbbüs çərçivəsində ölkə hakimiyyəti 2025-ci ilə elektron ödənişlərin həcmini iki dəfə – 40%-ə qədər artırmağı planlaşdırır. Tokio Olimpiadası Olimpiya və Paraolimpiya oyunları tarixində ən yenilikçi ola bilər və Visa, Oyunları Yaponiya ödəniş bazarında innovasiyaların katalizator etmək imkana malikdir.

“Bu gün Yaponiya unikal bir bazardır. Yaponiyanın, dünyanın üçüncü ən böyük iqtisadiyyatı və bir çox sahələrdə liderdiri olmasına baxmayaraq, ticarətdə hələ də nağd pul hesabı üstünlük təşkil edir”,- deyə Visa-nın Yaponiyada baş direktoru Stiven Karpin bildirib. - Visa Olimpiya Oyunlarının keçirilməsini həm Olimpiya obyektlərində, həm də bütün Yaponiyada qabaqcıl ödəniş texnologiyalarının tətbiqi imkanı kimi nəzərdən keçirir. Olimpiya Oyunlarının qonaqlarını və Yaponiya sakinlərini unudulmaz təəssüratlarla təmin etməklə biz Yaponiyanın iqtisadiyyatına da uzunmüddətli təsir göstərməyi və ölkənin gələcək iqtisadi inkişafına kömək etməyi planlaşdırırıq”.