14:27 - 12.07.2019
12 iyul, Fineko/abc.az. Ölkə üzrə fəaliyyət göstərən 2568 bankomatdan 1376-sı Bakıdadır.
Bu statistika Vergilər Nazirliyinin rəsmi saytında 2019-cu ilin iyun ayının 1-ə olan hesabatda açıqlanıb.
Məlumatda qeyd olunur ki, bankomatların 1192-si isə digər şəhər və rayonlarda yerləşir. 2019-cu ildən etibarən bankomatların ümumi sayı 66 ədəd və ya 2,64 faiz artıb.
Mərkəzi Bankın məlumatına əsasən, iyunun 1-dək ölkədə POS-terminalların sayı 66426 ədəd təşkil edib. Onlardan 41035-i Bakıda, 25391-i isə digər şəhər və rayonlarda quraşdırılıb. Bu ilin may ayı ərzində Azərbaycanda hər 1000 nəfərə 3,9 bankomat və 0,15 POS-terminal düşüb.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026