Qızıl 4 dollar bahalaşdı

13:59 - 2.07.2019


2 iyul, Fineko/abc.az. Dünya birjalarında satılan qızılın və gümüşün qiyməti açıqlanıb.

Hərrac zamanı qızılın unsiyasının qiyməti 4,00 dollar bahalaşıb və 1 393,30 dollara ticarət olunub.

Gümüşün unsiyası isə 0,03 dollar artaraq 15,22 dollara satılıb.