16:55 - 28.06.2019
28 iyun, Fineko/abc.az. S&P şirkəti Muğanbankın likvidlik göstəricilərinin adekvatlığı ilə əlaqədar bankın reytinqini "В-/В"-də təsdiq edib.
Belə ki, ötən ildə “Muğanbank”-ın gəlirlərində cüzi artım olsa da, bankın gəlir potensialı və aktivlərinin keyfiyyəti zəif olaraq qalıb, kapitallaşması isə pisləşib.
Bu məlumat “Muğanbank”-ın yaydığı hesabatda qeyd olunub.
Hesabatda vurğulanır ki, buna baxmayaraq, stabil depozit bazası, həmçinin ümumsistem dəstək proqramı çərçivəsində dövlət vəsaitlərinin axını sayəsində “Muğanbank”-ın likvidliyinin adekvat səviyyədə qalacağı gözlənilir. Bundan əlavə, “Muğanbank”-ın normativ kapital göstəricilərinin müəyyən olunmuş minimum tələbdən yuxarı olmaqla adekvat səviyyədə qalacağı gözlənilir. Bütün bunlara görə, “Muğanbank”-ın uzun və qısamüddətli reyintinqləri 'B-/B' səviyyəsində təsdiq olunub.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026