May ayında qeyri-neft sektoru üzrə 204 mln. dollar gəlir əldə edilib

16:18 - 28.06.2019


28 iyun, Fineko/abc.az. 2019-cu ilin may ayında qeyri-neft sektoru üzrə ixrac 204 milyon dollar təşkil edib. Bu isə 2018-ci ilin may ayı ilə müqayisədə ixrac 22 milyon dollar və ya 12 %  artdığını göstərir.

Bu barədə  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyun sayında qeyd edilib.

Qeyd olunur ki, bu ilin may ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (96,3 milyon dollar), Türkiyəyə (33  milyon dollar), Gürcüstana (14,6  milyon dollar), İsveçrəyə (8,2 milyon dollar) və İtaliyaya (6,6 milyon dollar)  ixrac edilib.