12:32 - 14.06.2019
14 iyun, Fineko/abc.az. Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Komplayns” Ekspert Qrupunun növbəti görüşü keçirilib.
Görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanan “Məsul şəxsə dair tələblər” və “PY/TMM sahəsinə aid proqram təminatına dair tələblər” sənədləri müzakirə olunub.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib.
ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
18 Avqust 2026