10:36 - 13.06.2019
13 İyun, Fineko/abc.az. 2018-ci ildə Unibank-ın kredit portfelinin dinamikası heç də ürəkaçan olmayıb.
Belə ki, ötən ilin IV rübündə adıçəkilən bankın kredit portfelinin nisbi dinamikasında 2,8 faiz azalma olub.
Bu barədə məlumat Azərbaycan Banklar Assosiasiyasının 2018-ci il üçün açıqladığı hesabatda bildirilir.
Hesabata əsasən bankın kredit portfelinin mütləq dinamikasında isə 10 milyon manat kəsir olub.
Bütövlükdə, 2018-ci ildə bankın kredit portfeli 19,5% - 467,448 mln. manatadək azalıb.
Qeyd edək ki, Unibank 1992-ci ildən fəaliyyət göstərir, ilkin olaraq MBank adı altında, təsis edilmiş bank, daha sonra PROMTEXBANK-la birləşib. 2002-ci ilin oktyabr ayının 15-də isə adı Unibank-a dəyişdirilib.
18 Avqust 2026