Bank sektorunda işləyənlərin sayı 1,3% artım təşkil edib

17:13 - 30.05.2019


30 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 30 bankın filiallarının sayı aprel ayı ərzində  512, şöbələrinin sayı 128, ATM-lərin sayı  2,544 olmuşdur.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, bank sektorunun işçi heyətinin sayında da  artım aprel ayında davam edib.

Belə ki, aprel üzrə işçi sayı 1.3% (233 nəfər) artaraq 17,982  nəfər təşkil edib.