10:09 - 30.05.2019
30 may, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,28 ABŞ dolları və yaxud 1,77% azalıb. İndi “Azeri Light”ın bir barelinin qiyməti 71,14 dollar təşkil edir.
Ötən günün düşməsindən sonra, bu günkü ticarətdə neftin etalon markalarının qiyməti artmaqdadır.
Nyu-York Əmtəə Birjasında (NYMEX) mayın 29-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyul fyuçersi 0,33 dollar (0,56%) enərək bir barelə $58,81 təşkil etmişdir.
“WTI” markalı neftin iyul fyuçersi cümə axşamı günü saat 09:30-da 0,38 dollar (0,65%) qalxaraq 59,19 dollar / barelə təşkil etmişdir.
Çərşənbə günü Londonun “ICE Futures” birjasında “Brent”in iyul fyuçersi 0,66 dollar (0,94%) enərək bir barelə 69,45 dollar təşkil etmişdir.
“Brent” markalı neftin iyul ayına olan fyuçers qiymətləri cümə axşamı günü saat 09:30-da 0,28 dollar (0,4%) artaraq bir barelə 69,73 dollar təşkil etmişdir.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026