Qazprom: Avropanın qaz anbarlarındakı defisit təchizat riski yaradır

12:17 - 3.08.2026


3 avqust, Fineko/abc.az. Rusiyanın "Gazprom" energetika şirkəti Avropanın yeraltı qaz anbarlarındakı mövcud qaz defisitinin soyuq havalar dövründə etibarlı təchizat baxımından ciddi risk yaratdığını bəyan edib.

Şirkətin yaydığı açıqlamada Avropa anbarlarının iyun və iyul ayları üzrə doluluq göstəriciləri qiymətləndirilib. Bildirilib ki, 31 iyul tarixinə olan məlumata əsasən, anbarlardakı qaz ehtiyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,3% (12 milyard kubmetr) azdır. Xüsusilə Almaniya, Niderland və Fransadakı yeraltı qaz anbarlarının doluluq səviyyəsi Avropa üzrə orta göstəricidən aşağı qalıb.

Qeyd edək ki, tətbiq olunan sanksiyalar səbəbindən "Gazprom"un Avropaya təbii qaz ixracı əhəmiyyətli dərəcədə azalıb.