11:36 - 3.08.2026
3 avqust, Fineko/abc.az. Qazaxıstan Rusiya neftinin respublikanın neft emalı zavodlarında (NEZ) emal olunması imkanlarını Moskva ilə müzakirə edir.
"Reuters" agentliyinin Qazaxıstanın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, söhbət Rusiya xammalının emal edilərək əldə olunan neft məhsullarının daxili bazarda satılması və bir hissəsinin Rusiyaya geri ixracından gedir.
Nazirlikdən bildirilib ki, danışıqların əsas məqsədi yerli NEZ-lərin istehsal güclərini sabit yükləmək, iş yerlərini qorumaq və daxili bazarın yanacaq təchizatını təmin etməkdir. Mümkün emal həcləri, əməkdaşlıq şərtləri və prosesdə iştirak edəcək zavodların adları hələlik açıqlanmır.
Danışıqlar Rusiyada Ukrayna PUA-larının zərbələrindən sonra bir neçə NEZ-in sıradan çıxması nəticəsində yaranan yanacaq qıtlığı fonunda keçirilir.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026