SOCAR istiqrazlar üzrə növbəti 1,125 milyon dollarlıq kupon ödənişini həyata keçirib

14:27 - 3.08.2026


3 avqust, Fineko/abc.az. SOCAR-ın 2021-ci ildə daxili kapital bazarları üçün emissiya etdiyi ikinci SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti (19-cu) kupon ödənişi 3 avqust tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.

"SOCAR Capital" şirkətindən verilən məlumata görə, bu ödənişdən sonra ikinci SOCAR İstiqrazlarının investorlara qazandırdığı ümumi gəlir 21 milyon 375 min dollara çatıb (tədavül müddətinin sonunda toplam gəlir 22,5 milyon dollar olacaq). İkinci buraxılış üzrə növbəti və sonuncu kupon ödənişi 2 noyabr 2026-cı il tarixində baş tutacaq.

Ümumilikdə, SOCAR İstiqrazlarının ilk buraxılışından (2016-cı ildən) indiyədək investorlara ödənilən faiz gəliri 61 milyon 375 min dolları ötüb. Hazırda tədavüldə olan istiqrazlar üzrə Bakı Fond Birjasında 1 784 əqd çərçivəsində 132,2 milyon dollar həcmində ticarət əməliyyatı aparılıb.