13:06 - 13.05.2019
13 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.
AMB-dan verilən məlumata əsasən, 13 may tarixində hərracda Bank 150 milyon manat cəlb edib.
“Depozit hərracında təklif 739,3 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.
11 Avqust 2026
11 Avqust 2026