Azərbaycanda pul bazası artır

17:36 - 3.05.2019


3 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 1 may 2019-cu il tarixi üçün pul bazasının həcmini açıqlayıb.

Mərkəzi Bankın məlumatına əsasən, 1 may 2019-cu il tarixinə Azərbaycanda pul bazasının həcmi 9495,1 milyon manat təşkil edib ki, bu da aprelin 1-nə nisbətən 6,1% və ya 548,8 milyon manat çoxdur.

2018-ci ilin 30 dekabr tarixinə Azərbaycanda pul bazası 9 545,7 milyon manat təşkil etmişdir. Beləliklə, ilk dörd ay ərzində pul bazası 0,5% azalıb.

2018-ci ildə pul bazasının artımı 12% və ya 1002,5 milyon manat təşkil etmişdir.