İşsizlikdən sığorta üzrə daxilolmaların məbləği 22,8 mln. manat təşkil edib

11:05 - 23.04.2019


23 aprel, Fineko/abc.az. Cari ildən məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmaların yığılması Vergilər Nazirliyinin funksiyalarına aid edilib.

2019-cu ilin birinci rübünün yekunlarına görə, məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 582,1 milyon manat olmaqla 110,8 faiz, işsizlikdən sığorta üzrə daxilolmaların məbləği 22,8 milyon manat olmaqla 117,3 faiz icra olunub.