16:49 - 19.04.2019
19 aprel, Fineko/abc.az. Bu günlərdə “Azərbaycan Hava Yolları”nın Ər-Riyadda keçirilmiş “Azərbaycan şahinin gözü ilə” təqdimatı ərəb ölkələrinin vətəndaşlarının və turoperatorlarının böyük marağına səbəb olmuşdur.
Bu böyük tədbirin ilk nəticəsi kimi AZAL 2019-cu il yay uçuş cədvəli çərçivəsində Səudiyyə Ərəbistanına bir sıra çarter layihələri üzrə ölkəmizin aparıcı turoperatoru “PASHA Travel” ilə tərəfdaşlığını elan etməyə şaddır.
“PASHA Travel” təqdimatda bəyan edilən altı istiqamətdən üçünə 2019-cu ildə çarter reysləri yerinə yetirəcək:
Xatırladaq ki, AZAL həmçinin Səudiyyə Ərəbistanının aşağıdakı şəhərlərinə birbaşa aviareyslər yerinə yetirəcək.
Qeyd edək ki, AZAL və “PASHA Travel”ı 2017-ci ildən bəri uzunmüddətli uğurlu əməkdaşlıq bağlayır. Səudiyyə Ərəbistanına yeni reyslərlə yanaşı, cari ildə birgə birbaşa çarter reysləri həmçinin iyunun 20-dən sentyabrın 12-dək Tivata (Monteneqro) yerinə yetiriləcək. Aviabiletin qiymətinə baqajın (23 kq-dək) pulsuz daşınması və isti yeməklər və soyuq qəlyanaltıların tam çeşidi daxildir.
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026