16:42 - 18.04.2019
18 aprel, Fineko/abc.az. Dövlət Gömrük Komitəsindən bildirilib ki, 3 ayda ölkədən 891 milyon 211 min kilovat/saat elektrik enerjisi ixrac olunub. İxrac olunan elektrik enerjisinin dəyəri 38 milyon 438 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, keçən ilin müvafiq aylarında Azərbaycandan 700 milyon 236 min kilovat/saat elektrik enerjisi ixrac edilmiş, həmin ixracın dəyəri isə 33 milyon 907 min dollar olmuşdu.
5 Avqust 2026
5 Avqust 2026