12:19 - 15.04.2019
15 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.
AMB-dan verilən məlumata əsasən, 15 aprel tarixində hərracda Bank 350 milyon manat cəlb etməyi planlaşdırmışdır.
“Depozit hərracında təklif 336,1 milyon manat, orta ölçülmüş faiz dərəcəsi keçən hərracla müqayisədə artaraq 7,70% təşkil etmişdir”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.
Aprelin 8-də keçirilmiş ötən hərracda faiz dərəcəsi 7,01% təşkil etmişdir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilmişdir.
AMB depozit hərraclarının keçirilməsini 2016-cı ilin oyun ayından başlayıb
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026