Bu il güzəştli mənzillərin alınması üçün 5,3 mln. manat ipoteka krediti verilib

16:51 - 9.04.2019


9 aprel, Fineko/abc.az.  İpoteka və Kredit Zəmanət Fondu 2018-ci ildən etibarən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə satışa çıxarılan güzəştli mənzillərin ipoteka kreditləri vasitəsilə satışının dəstəklənməsini də həyata keçirilir.

2019-cu ilin yanvar-mart aylarında Fondun xətti ilə 122 şəxsə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin alınması üçün ümumilikdə 5,3 mln. manat məbləğində ipoteka krediti verilib.  Ümumilikdə, 01 aprel 2019-cu il tarixinə Agentliyin sərəncamında olan güzəştli mənzillərin maliyyələşdirilməsi üçün verilən ipoteka kreditlərinin məbləği 15,4 mln. manat (353 ədəd) təşkil edib.