09:51 - 2.04.2019
2 aprel, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin 1 barelinin qiyməti 1,08 dollar və yaxud 1,55% artaraq bir barelə 70,82 dollara çatıb.
Aprelin 1-də Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin may fyuçersi 1,45 dollar (2,41%) artaraq bir barelə 61,59 dollar təşkil etmişdir.
Saat 9:25-də “WTI” markalı neftin may fyuçersi 0,18 dollar (0,29%) artaraq 61,77 dollar / barelə təşkil etmişdir.
Bazar ertəsi Londonun “ICE Futures” birjasında “Brent”in iyun fyuçersi 0,62 dollar (0,91%) azalaraq bir barelə 69,01 dollar təşkil etmişdir.
“Brent” markalı neftin iyun ayına olan fyuçers qiymətləri 9:25-də 0,14 dollar (0,2%) artaraq bir barelə 69,15 dollar təşkil etmişdir.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026